featured-image-30603

Almaniya Bundesliqasında sonuncu turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, 34-cü turda əsas diqqətlər “Bayern” və Dortmund “Borussiya”sının matçlarına yönəlmişdi. “Borussiya” qələbə qazanacağı təqdirdə çempion olacaqdı. Amma gözlənilmədən öz meydanında “Köln”lə 2:2 hesablı heç-heçə edən “arılar” bu şansı əldən verib. Əvəzində isə səfərdə “Maynz”ı 2:1 məğlub edən “Bayern Münhen” xalını 71-ə çatdırıb. Hər iki komandanın xalı bərabər olsa da, öz aralarındakı oyuna görə “Bayern” Bundesliqa çempionlu olub.

Bu “Bayern”in ardıcıl 11-ci, ümumilikdə isə 33-cü çempionluğudur.

Bənzər xəbərlər