featured-image-51611

Almaniyanın “Bayer” klubunun futbolçusu Conatan Ta karyerasını “Bayern Münhen”də davam etdirə bilər.

Msport.az məşhur “Bild” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçinin keçidi üçün artıq rəsmi təklif göndərilib.

Münhen təmsilçisi qarşı tərəfə 25 milyon avro ödəməyə hazırdır.

Mənbə “əczaçılar”ın bu məbləği uyğun saymadıqlarını və Tanın satışından azı 30 milyon avro qazanmağı hədəflədiklərini vurğulayıb. Tərəflərin danışıqları davam etdirdiyi bildirilib.

Qeyd edək ki, geridə qalan mövsümdə bütün turnirlərdə 48 matça çıxan Conatan 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Bənzər xəbərlər