featured-image-27539

“Arsenal” yayda yarımmüdafiə xəttini gücləndirmək istəyir.

Msport.az xəbər verir ki, “topçular” “Bayern Münhen”də əsas heyətə düşməkdə çətinlik çəkən Rayan Qravenberxlə maraqlanır. Niderlandlı futbolçunun gələcəyi “Bayern”in yeni baş məşqçisi Tomas Tuheldən asılıdır.

20 yaşlı yarımmüdafiəçi “Bayern Münhen”ə mövsümün əvvəlində “Ayaks”dan keçib. O, cari mövsüm keçirdiyi 25 oyunda 1 qol və 1 məhsuldar ötürməylə yadda qalıb.

Royal Türksoy

Bənzər xəbərlər