featured-image-22966

Fevralın 14-ü bütün dünyada sevgililər günü kimi qeyd olunur. Lakin futbol həvəskarları üçün bu günün başqa anlamı da var. Bu gün qitənin ən nüfuzlu klub turnirində 1\8 final mərhələsinin oyunları başlayır. Gecənin əsas matçı şübhəsiz ki, PSJ – “Bayern Münhen” görüşüdür.

Msport.az xəbər verir ki, Münhen klubu oyunun anonsunu Müqəddəs Valentin gününə uyğun şəkildə təqdim edib. Sosial şəbəkədə təqdim olunan videoçarxda Kinqsli Koman və Devis geyinib-keçinib görüşə gedirlər.

Videoda Koman və Devis bayram ab-havasında bəzədilmiş stolda oturaraq romantik şəkildə adı gizli qalan sevgililərinə etiraf edirlər.

Devis: “Səni bu özəl gecədə görmək elə xoşdur ki. Bilirəm ki, son iki il heç də asan keçməyib. Ancaq sevgi hər zaman çağırışdır. Bu axşam bizim mahnımızı eşidəcəyimiz anı səbirsizliklə gözləyirəm. Hər dəfə o mahnını eşidəndə tüklərim biz-biz olur. Sənə sübut etmək istəyirəm ki, aramızda baş verən – ideal metçdir (metç – onlayn tanışlıq platformalarında tərəflərin qarşılıqlı razılığı – red.).

Koman: “Mənə Müqəddəs Valentin gününü səninlə keçirmək çox xoşdur. Bizim Lissabondakı günlərimizi xatırla. Bunu təkrar edə bilərik.  Sənin yanında olanda ürəyim tez-tez döyünür. Sən mənim şahzadəmsən”.

Bütün bu çıxışdan sonra tamaşaçılar görürlər ki, futbolçular Çempionlar Liqasına sevgilərini etiraf ediblər.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər