“Bayern Münhen”in yeni hədəfi
“Verder”in hücumçusu Nikolas Füllkruq klubunu dəyişə bilər.
Msport.az xəbər verir ki, 30 yaşlı futbolçuyla “Bayern Münhen” maraqlanır. Son Bundesliqa çempionu hücum xəttindəki problemi məhz Nikolasla düzəltmək fikrindədir.
Qeyd edək ki, Almaniya millisinində də çıxış edən Füllkruq son mövsüm ərzində 30 oyunda iştirak edib, 16 qol və 6 assistlə fərqlənib.
Royal Türksoy







