featured-image-26053

“Bayern Münhen”in İdarə Heyətinin sədri Oliver Kan baş məşqçi Yulian Naqelsmannın istefaya göndərilməsinə aydınlıq gətirib.

Msport.az xəbər verir ki, Almaniya klubunu bundan sonra Tomas Tuhel çalışdıracaq:

“2021-ci ilin yayında Naqelsmannı dəvət edəndə güman edirdik ki, uzun müddət birgə işləyəcəyik. Sona qədər də məqsədimiz bu idi.
Ancaq indi bu qənaətə gəldik ki, komandamızın oyun keyfiyyəti – ötən mövsüm Bundesliqada qalib gəlməyimizə baxmayaraq, çox az hallarda ön plana çıxır.

Dünya çempionatından sonra uğurlu oyunlarımız azaldı. Daha az baxımlı oynamağa başladıq. Bu mövsümə, eləcə də gələcəyə yönəlik məqsədlərimiz şübhə altına düşüb.Bu səbəbdən onu indi istefaya göndərdik. Öz adımdan və klubun adından Naqelsmanna və onun məşqçilər korpusuna təşəkkür etmək istərdim”.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər