“Bayern Münhen” Uoker üçün danışıqlara başladı
“Bayern Münhen” “Mançester Siti”nin futbolçusu Kayl Uokerlə maraqlanır.
Msport.az xəbər verir ki, “Bayern” artıq “şəhərlilər”lə ilkin danışıqlara başlayıb. 33 yaşlı futbolçu Bundesliqa təmsilçisinin yay transfer pəncərəsində əsas hədəflərindən biri hesab olunur.
Qeyd edək ki, Uoker 2017-ci ildən “Mançester Siti”nin şərəfini qoruyur. O, son mövsüm ərzində 39 oyunda meydana çıxıb.
Royal Türksoy







