featured-image-20973

İsveçrə millisinin qapıçısı Yan Zommer “Bayern Münhen”ə keçib.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qolkiperin müqaviləsi 2025-ci ilin iyununa kimi nəzərdə tutulub.

Münhen təmsilçisi Manuel Noyerin zədələnməsindən sonra “Borussiya Münhenqladbax”ın qapıçısı ilə ciddi şəkildə maraqlanmağa başlamışdı.

34 yaşlı futbolçu karyerası ərzində İsveçrədə “Bazel” və “Qrasshopper” klublarının da formasını geyinib.

Zommer bu mövsüm 11 oyunda “Borussiya”nın qapısını qoruyub.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər