featured-image-16851

Almaniyanın “Bayern” klubu iki futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Msport.az xəbər verir ki, Münhen təmsilçisi qapıçı Sven Ulrayx və müdafiəçi Yosip Stanişiçi komandada saxlamağa qərar verib.

34 yaşlı qolkiperlə 2024-cü ilin yayınadək sözləşmə imzalanıb. Onun əvvəlki müqaviləsi 2023-cü ilin yayınadək idi.

22 yaşlı müdafiəçi ilə də yeni müqavilənin müddəti 2026-cı ilə qədər artırılıb. Onun əvvəlki müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulmuşdu.

Sven Ulrayx bu mövsüm 8 matç keçirib və bu oyunlardan 5-də qol buraxmayıb. O, qapısında 6 qol görüb. Stanişiç isə bu mövsüm Bundesliqada və Çepionlar Liqasının hər birində 5 matç keçirib.

Bənzər xəbərlər