"Bayern" portuqaliyalı futbolçunun transferini açıqladı - RƏSMİ
“Bayern” Rafael Qerreyrunun transferini açıqlayıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi “Borussiya”dan ayrılaraq Münhen təmsilçisinə azad agent kimi keçib.
“Bayern”lə müqavilə 2026-cı ilin iyununa kimi nəzərdə tutulub.
Qerreyru “Borussiya”ya transferinə qədər yalnız Fransa komandalarında çıxış edib. Fransada anadan olan portuqaliyalı futbolçu “Kan” və “Loryan” klublarının formasını geyinib.
O, 2016-cı ildən “Borussiya”nın şərəfini qoruyurdu.
Ötən mövsüm 36 oyun keçirən Qerreyru 6 qol vurub və 14 məhsuldar ötürmə verib.
ANAR







