featured-image-28791

“Bayern Münhen” yay transfer dönəmində Serj Qnabriyə gələcək təklifləri dəyərləndirə bilər. Msport.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.

Onun sözlərinə görə, Almaniya klubu vingerlə vidalaşmağa hazırdır. 27 yaşlı futbolçu klubdakı durumundan narazıdır. Hələ ki hansısa komandaya keçidlə bağlı konkret danışıqlar olmayıb.

Almaniya millisinin üzvü cari mövsümdə 42 oyunda 12 qol vurub və 11 məhsuldar ötürmə verib.

Onun “Bayern”lə müqaviləsi 2026-cı ilə qədərdir.

ANAR 

Bənzər xəbərlər