featured-image-27777

“Bayern Münhen”in futbolçusu Sadio Mane komanda yoldaşı Leroy Saneylə arasında yaşanan insidentə görə əsas heyətdən kənarlaşdırılıb.

Msport.az “Bild” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi bu gün hər iki oyunçuyla müzakirə apardıqdan sonra bu qərara gəlib. Mane öz günahını etiraf edərək rəhbərlik tərəfindən veriləcək istənilən cəzanı qəbul edəcəyini deyib.

Daha öncə Manenin cərimə oluna biləcəyi, daha pis halda isə klubla müqaviləsinə xitam veriləcəyi bildirildi.

Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən “Mançester Siti” – “Bayern Münhen” (3:0) matçından sonra Mane Sanenin dodağına yumruqla vurmuşdu.

Royal Türksoy

Bənzər xəbərlər