featured-image-44783

Almaniya Bundesliqasında 25-ci turun oyunları keçirilir. Msport.az xəbər verir ki, “Bayern” “Alyans Arena”da “Maynts”ı qəbul edib.

Münhen klubu rəqbini darmadağın edib – 8:1. Meydan sahiblərinin heyətində Harri Keyn het-trik edib. Leon Qoretska dublla yadda qalıb. Tomas Müller, Camal Musiala və Serj Qnabri hərəyə bir qol vurublar. Qonaqların yeganə qolunun müəllifi Nadim Amiri olub.

Xalalrının sayını 57-ə çatdıran “Bayern” lider “Bayer”lə xal fərqini 7-ə endirib.

Almaniya Bundesliqası 

25-ci tur 

“Bayern Münhen” – “Maynts” 8:1

Qollar: Keyn, 13; 45+7, 70, Qoretska, 20; 90+2, Müller, 47, Musiala, 61, Qnabri, 71 – Amiri, 31.

Bənzər xəbərlər