featured-image-32334

“Bayern” “Tottenhem”in hücumçusu Harri Keyni transfer etməkdə israrlıdır. Msport.az “The Athletic”ə istinadən xəbər verir ki, Münhen klubu londonlulara rəsmi təklif göndərib.

Almaniya təmsilçisi “Tottenhem”ə 70 milyon avro və bonuslar ödəməyə hazırdır.

İngiltərə millisinin üzvünün “topçular”la 2024-cü ilin iyuna kimi müqaviləsi var. 29 yaşlı forvardla “Real” və “Mançester Yunayted” də maraqlanır.

Keyn ötən mövsüm İngiltərə Premyer Liqasında 38 oyunda 30 qol vurub və 3 məhsuldar ötürmə verib.

ANAR

 

Bənzər xəbərlər