featured-image-27981

Almaniya Bundesliqasında 28-ci tur davam edir. Msport.az xəbər verir ki, bu gün 5 oyun keçirilib.

“Bayern” Münhendə “Hoffenhaym”ın müqavimətini qıra bilməyb- 1:1. Tomas Tuhel “Bayern”in baş məşqçi postuna keçdikdən sonra 5 oyunun yalnız 2-də qələbə qazanıb.

“Köln” – “Maynts” və “Ayntraxt” – “Borussiya” (Mönhenqladbax) görüşlərində komandalar meydandan bərabərliklə ayrılıblar.  Bol qollu “Borussiya” (Dortmund) “Ştutqart”la səfər qarşılaşmasında son saniyələrdə qələbəni əldən verib.

Almaniya Bundesliqası
28-ci tur
14 aprel

Şalke – Herta 5:2
Qol: Skarke, 3. Bulter, 13; 78. Terodde, 48. Kaminski, 90+2 – Yovetiç, 45+3. Rixter, 84.

15 aprel

Bayern – Hoffenhaym 1:1
Qol: Pavar, 17 – Kramariç, 71.

Köln – Maynts 1:1
Qol: Lyubiçiç, 51 – Ayorke, 17.

Leypsiq – Auqsburq 3:2
Qol: Kampl, 10. Verner, 32; 35 – Mayer, 5. Varqas, 82.

Ştutqart – Borussiya (Dortmund) 3:3
Qol: Kulibali, 78. Vaqnoman, 84. Silas, 90+7 – Haller, 26. Malen, 33. Reyna, 90+3.

Ayntraxt – Borussiya (Mönhenqladbax) 1:1
Qol: Muani, 83 – Hofmann, 13.

16 aprel

17:30. Verder – Frayburq
19:30. Union Berlin – Bohum
21:30. Volfsburq – Bayer

Bənzər xəbərlər