featured-image-29534

“Leypsiq”in və İspaniya millisininn üzvü Dani Olmo qitə nəhənglərinin diqqət mərkəzinə düşüb. Msport.az əbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, “Barselona”nın yetirməsi ilə  “Bayern Münhen” və “Real” maraqlanır. Kataloniya klubu əvəllər 25 yaşlı futbolçunu qaytarmağı düşünürdüsə, indi klubun başqa transfer məqsədləri var.

Olmonun “Leypsiq”lə müqaviləsi gələn il başa çatacaq. Ona görə də Almaniya klubu vingeri bu yay sata bilər. Əgər yarımmüdafiəçi yeni müqaviləyə imza atmasa, “Leyptsiq” onu 30 milyon avroya satmağı düşünəcək.

Olmo bu mövsüm Bundesliqada 21 oyunda 2 qol vurub və iki məhsuldar ötürmə verib. O, 2020-ci ildən “Leyptsiq”də çıxış edir.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər