featured-image-25085

İngiltərə hakimiyyətini tənqid etdiyi üçün BBC telekanalından kənarlaşdırılan aparıcı, keçmiş futbolçu Qari Lineker yenidən işinə qaytarılıb.

Msport.az xəbər verir ki, bu barədə sözügedən telekanaldan məlumat verilib.

BBC-nin baş direktoru Tim Deyvi baş verənlərə görə Linekerdən üzr istəyib. O, keçmiş futbolçunun yenidən “Match of the Day” proqramında aparıcı kimi fəaliyyət göstərəcəyini bəyan edib.

Xatırladaq ki, Lineker martın 7-də “Twitter” hesabında ölkə rəhbərliyini immiqrantlara qarşı siyasətinə görə tənqid etmişdi. Bu üzdən BBC rəhbərliyi onu ayın 10-da telekanaldan kənarlaşdırmışdı.

62 yaşlı Lineker təxminən 30 ildir BBC-də çalışır. O, yeni qərarın ardından sosial şəbəkə hesabında daha bir paylaşım edərək ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.

Bənzər xəbərlər