featured-image-40807

Çimərlik futbolu üzrə Azərbaycan millisinin üzvü Sabir Allahquliyev 2023-cü ilin ən yaxşı oyunçusu adına namizəd olub.

Msport.az xəbər verir ki, o, Dünya Çimərlik Futbolu Təşkilatının (Beach Soccer Worldwide) açıqladığı “100-lük”də yer alıb.

Bundan əlavə, 50 ən yaxşı qadın oyunçu və 40 ən yaxşı baş məşqçilərin siyahısı da tərtib edilib. Səsvermə yanvarın 11-dək davam edəcək.

Burada milli komandaların baş məşqçiləri və kapitanları, həmçinin nüfuzlu yarışlarda iştirak etmiş klubların baş məşqçiləri və kapitanları iştirak edə biləcək.

Bənzər xəbərlər