featured-image-33101

Paulu Bentunun yeni iş yeri müəyyənləşib.

Msport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Birləşmiş Ərəb Əmirlikləri millisinə rəhbərlik edəcək.

Bu barədə ölkənin futbol assosiasiyası məlumat yayıb.

54 yaşlı məşqçinin müqaviləsinin müddəti 2026-cı ilədək qüvvədə olacaq. Onun qarşısına  yığmanı DÇ-2026-ya çıxarmaq məqsədi qoyulub.

Qeyd edək ki, Paulu Bentu son olaraq Cənubi Koreya seçməsinin sükanı arxasında olub. Komanda onun rəhbərliyi altında DÇ-2022-nin 1/8 final mərhələsində Braziliyaya 1:4 hesabı ilə uduzub.

Bənzər xəbərlər