Bəhlul Mustafazadə "Molde"yə qarşı oynayacaq?
Azərbaycan Premyer Liqasının VI turunun “Sabah”la oyununda (2:0) zədələnən “Qarabağ”ın futbolçusu Bəhlul Musatafazadənin durumuna sabah aydınlıq gələcək.
Klubdan Msport.az saytına verilən məlumata görə, ağrıları davam edən müdafiəçi sentyabrın 19-da MRT müayinəsindən keçəcək.
Məhz ondan sonra oyunçunun Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda Norveç “Molde”sinə qarşı oynayıb-oynamayacağı dəqiqləşəcək.
Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde matçı saat 20:45-də başlayacaq.