featured-image-30967

“İnter Mayami” baş məşqçisi Fil Nevilin klubdan göndərildiyini açıqlayıb.
Msport.az xəbər verir ki, MLS təmsilçisini müvəqqəti olaraq Xavyer Morales çalışdıracaq. Digər məşqçilər Darren Pauel, Sebastyan Saha və analitik Aleks Skott öz vəzifələrində qalacaqlar.
Köməkçi məşqçi Ceyson Kreyslinin isə müqaviləsinə xitam verilib.
Nevill 2021-ci ilin yanvarından “İnter Mayami”ni çalışdırırdı.
Qeyd edək ki, “İnter Mayami” klubuna əfsanəvi futbolçu Devid Bekhem sahiblik edir.
Royal Türksoy

Bənzər xəbərlər