featured-image-20042

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhemin oğlu Romeo “Brentford”a transfer olunub.

Msport.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Romeo Bekhem müqavilə ilə ABŞ-ın “İnter Mayami” klubuna məxsusdur. Hansı ki, sözügedən klubun sahibi öz atasıdır. O, 2021-ci ildən sözügedən klubun əvəzedici komandasında çıxış edirdi. Romeo bu mövsümün sonunadək “Brentford”un əvəzedici komandasında icarədə oynayacaq.

Romeo daha öncə İngiltərədə “Arsenal”ın akademiyasında forma geyinib.

Bənzər xəbərlər