featured-image-61910

“Bavariya” Bekkenbauer Kuboku turniri keçirəcək.

Msport.az xəbər verir ki, futbol əfsanələrinin iştirakı ilə baş tutacaq yarış martın 17-nə təsadüf edəcək.

Turnir Münhen klubunun 125 illiyinə həsr olunacaq. “Bavariya” ilə yanaşı, “Real”, “Milan”, Dortmund “Borussiya”sı, “Ştutqart” və “Ayaks” kuboku qazanmaq uğrunda mübarizə aparacaq.

Bekkenbauer Kuboku turnirində Aryen Robben, Frank Riberi, Lotar Matteus, Dida, Lukas Barrios, Aleksandr Hleb, Rayan Babel kimi məşhur simalar iştirak edəcək.

Bənzər xəbərlər