Belarus 2 ildir rəsmi oyunlarda qalib gəlmir
Belarus millisi 2 ildir ki, rəsmi oyunlarda qələbə qazanmır.
Msport.az xəbər verir ki, post sovet məkanı təmsilçisi bu gün AÇ-2024-ün seçmə mərhələsində İsveçrəyə öz meydanında 0:5 hesabı ilə uduzub.
Rəsmi oyunlarlarda qələbəsizlik seriyası 14 matça çatıb.
Belarus son qələbəsini 2021-ci il martın 27-də Estoniya ilə qarşılaşmada əldə edib – 4:2.
ANAR







