Belarus millisi Bakıya gəldi - FOTOLAR
Martın 25-də Azərbaycan milli komandası ilə Masazırdakı “Bank Respublika Arena”da yoldaşlıq oyunu keçirəcək Belarus seçməsi artıq Bakıya gəlib. Msport.az xəbər verir ki, belaruslular səhər reysi ilə Düşənbədən ölkəmizə gəliblər.
İspaniyalı Karlos Alosun rəhbərlik etdiyi komanda səfərdə Tacikistan yığması üzərində 5:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan – Belarus matçı martın 25-də saat 21:45-də start götürəcək.