featured-image-25254

Avropa Parlamentinin deputatları Belarus yığmasının AÇ-2024-ün seçmə mərhələsindən uzaqlaşdırılmasını tələb ediblər.

Msport.az xəbər verir ki, 100-dən çox deputat UEFA prezidenti Aleksandr Çeferinin adına məktub yazıblar. Avropalı parlamentarilər Belarusun Rusiya ilə dostluq əlaqələrini davam etdirməsindən narazıdırlar:

“Belarus millisinin UEFA bayrağı altında turnirdə iştirak etməsi gələcəkdə Aleksandr Lukaşenko və onun təbliğat komandası tərəfindən istifadə olunacaq ki, o, beynəlxalq ictimaiyyət tərəfindən yaxşı qəbul olunur.

Bu Ukrayna sakinləri, Belarusdan qaçmaq məcburiyyətində qalmış vətəndaşlar və ölkədə qorxu içində yaşayanlar üçün təhqir olardı”.

 

Bənzər xəbərlər