featured-image-28001

Futbol üzrə Belçika çempionatında “Vesterlo” “Brügge”ni qəbul edib. Msport.az xəbər verir ki, rəqib top-klub və son çempion olduğundan biletlər 3 həftə əvvəldən satılıb qutarıb.

Amma “Vesterlo” klubu daha 24 nəfərin oyunu izləməsi üçün xüsusi varianta əl atıb. Qaldırıcı kran vasitəsi ilə xüsusi VİP tribuna stadionun üzərinə qaldırılıb. Belçika mətbuatı qeyd edir ki, orda hər bir şərait olub, rahat kreslolar, xüsusi qızdırıcılar və s.

Səyyar tribunanı qaldırıcı kran vasitəsi ilə 40 metr hündürlüyünə qaldırmaq mümkündür.

media-fe916dbe411ed8b8dd221c18681dd

ANAR ABDULLAYEV

Bənzər xəbərlər