featured-image-14578

Belçikalı mətbuatı 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkatmasını dəyərləndirib.

Msport.az xəbər verir ki, qrupdakı rəqibləri analiz edən yerli idman jurnalistləri Azərbaycan millisinin potensialına da toxunublar.

Bencamin Dekenink hesab edir ki, bütün komandalara hərmətlə yanaşmaq lazımdır: “Amma Azərbaycan və Estoniya kimi kollektivlərlə oyunlar xal ehtiyatımızı və reytinqimizi yaxşılaşdırmağa imkan verəcək”.

Vinsent Lanjandrisin fikrincə, Azərbaycanla səfər matçından ehtiyatlanmağa dəyər: “Çünki 11 il əvvəl biz Bakıda vacib xallar itirmişdik – 1:1”.

Manuel Nousun sözlərinə görə, Bakıya uzun səfər üçün şərtlər heç vaxt ideal olmasa belə, Azərbaycanla hər iki qarşılaşmadan maksimum xal götürmək lazımdır”.

Ebi Bruzakis isə bildirib ki, Azərbaycan millisi dünya reytinqində 123-cü yerdədir: “Yığmanın ən yaxşı oyunçusu (Mahir Emrelini nəzərəd tutur) Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edir. Onun transfer qiyməti 1,5 milyon avrodur. Amma teorik olaraq, “şeytanlar”ın bu komanda ilə bağlı narahat olacağı nəsə yoxdur”.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Bənzər xəbərlər