featured-image-84697

“Barselona”nın futbolçularının biləklərinə taxdıqları sarğılarla dopinq arasında əlaqə olduğu barədə iddialar yenidən gündəmə gəlib.

Msport.az xəbər verir ki, yayılan müzakirələr dopinq fərziyyələrini yenidən gündəmə gətirib.

Bu dəfə müzakirələrə Lamin Yamalın “Atletiko” ilə oyundan sonrakı hərəkətləri səbəb olub. İddialara görə, gənc futbolçu final fitindən dərhal sonra biləyindəki sarğını çıxarmağa çalışıb və onun yoxlanılmasına imkan verməyib.

Həmçinin qeyd olunur ki, Yamal Çempionlar Liqası matçlarında bu cür sarğılardan istifadə etmir. Sosial şəbəkə istifadəçiləri bunu UEFA-nın dopinq nəzarətinin daha ciddi olması ilə əlaqələndirirlər.

Müzakirələrdə futbolçunun məşqlər zamanı da sarğısız çıxış etdiyi, lakin rəsmi oyunlarda biləklərini sıx şəkildə bağladığı vurğulanır.

Qeyd edək ki, “Barselona” UEFA Çempionlar Liqasının liqa mərhələsinin növbəti turunda Bakıda “Sabah”ın qonağı olacaq. Qarşılaşma noyabrın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

Bənzər xəbərlər