Millimizin hücumçusu İtaliya klubunun maraq dairəsində
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzotero Avropanın tanınmış klublarının diqqətini cəlb etməkdə davam edir.
Msport.az xəbər verir ki, İtaliyanın “Montsa” klubu “Sampdoriya”da çıxış edən 18 yaşlı hücumçunun oyununu yaxından izləyir.
“Montsa”nın skautu noyabrın 8-də B Seriyası çərçivəsində keçirilən “Karrareze” – “Sampdoriya” matçını tribunadan izləyib. Onun əsas məqsədi məhz 2008-ci il təvəllüdlü forvardın meydandakı performansını dəyərləndirmək olub.
Tərəflər arasında hələlik rəsmi transfer danışıqları başlamayıb və proses hazırda yalnız izləmə mərhələsindədir.
Qeyd edək ki, son vaxtlar məhsuldar oyunu ilə seçilən Mezzotero daha əvvəl “Yuventus”, “Borussiya” (Dortmund) və “Brügge” kimi nəhəng klubların da transfer radarına düşüb.







