featured-image-49800

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində II tur başa çatıb.

Msport.az-ın məlumatına görə, E qrupunda Belçika yığması Rumıniya ilə üz-üzə gəlib.

Qarşllaşma birincilərin qələbəsi ilə bitib – 2:0. Belçika millisinin heyətində 2-ci dəqiqədə Yuri Tilemans hesabı açıb. 80-ci dəqiqədə Kevin De Bruyne adını tabloya yazdırıb.

Ötən gün baş tutmuş görüşdə Ukrayna Slovakiyanı 2:1 hesabı ilə üstələyib. F qrupunda dörd komandanın hər birinin üç xalı var.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Bənzər xəbərlər