featured-image-55485

İtaliyanın “Napoli” klubunun futbolçusu Romelu Lukaku Belçika millisinin düşərgəsinə yollanmaq istəməyib.

Msport.az xəbər verir ki, hücumçu artıq bu barədə yerli federasiyaya məlumat da verib.

Lukaku 2025-ci ilin əvvəlinə kimi millidə oynamağı planlaşdırmır. Təcrübəli forvard yayda transfer olunduğu “Napoli”də möhkəmlənmək üçün bu addımı atıb.

Qeyd edək ki, Romelu Neapol klubunda 7 oyunda 3 qol vurub, 4 ötürmə verib.

Bənzər xəbərlər