featured-image-25048

“Real”ın vingeri Eden Azar Belçika millisinə qayıtmayacağını deyib. Msport.az xəbər verir ki, 32 yaşlı futbolçu bu yaxınlarda yığma komandadakı karyerasırnı bitirdiyini açıqlamışdı:

“Mən Belçika millisinə qayıtmayacam, 100 faiz buna əminəm. Yığmadakı karyeramı həvəssiz başa vurdum. Xüsusən də nəzərə alsaq ki, klubda az oynayıram. Həm də ona görə qayıtmaq istəmirəm ki, yeni nəsil çox güclüdür. Qərarımdan geri çəkilmək fikrində deyiləm. Yeni məşqçiyə uğurlar arzulayıram.

Əgər kral Filipp mənə zəng vursa, nə edəcəm? O, artıq zəng vurub. Mənə nə dedi? Bu bizim aramızda qalacaq (gülür). Futbolda heç vaxt “heç vaxt” demək olmaz. Lakin mənim digər işlərim də kifayət qədərdir. Vaxtımı uşaqlarım, ailəmlə keçirtmək istəyirəm. Elə bir səbəb yoxdur ki, fikrimi dəyişim”.

Xatırladaq ki, Belçika AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan seçmə komandası ilə bir qrupda mübarizə aparacaq.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər