featured-image-19770

Roberto Martinesin Belçika millisinin baş məşqçi postundan istefasından bu vəzifəyə iki əsas namizəd var. Msport.az xəbər verir ki, Rafael Benites və Andre Villaş-Boaşdan biri yığmanı çalışdıra bilər.

İspaniya və portuqaliyalı mütəxəssislər namizədlər siyahına təzəlikcə əlavə olunublar. Hər iki məşqçi hazıdrda işsizdirlər. Benites son olaraq “Everton”da çalışıb, Villaş-Boaş isə 2021-ci ildə “Marsel”dən ayrılıb.

Roberto Martines dünya çempionatından sonra Belçika millisindən ayrılıb. Onun Meksika yığmasının sükanı arxasına keçə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Bənzər xəbərlər