Belçika millisinin üzvü “Leyptsiq”ə keçdi
“Atletiko”nun yarımmüdafiəçisi Artur Vermeren karyerasını Almaniya bundesliqasında davam etdirəcək. Msport.az xəbər verir ki, 19 yaşlı futbolçunu “Leyptsiq” icarəyə götürüb.
Almaniya klubu gənc oyunçunu 1 illik heyətinə cəlb edib. Əgər Vermeren komandada müəyyəb sayda oyun keçirsə, “Leyptsiq” onun transfer hüquqlarını ala bilər.
Belçika millisinin üzvü “Atletiko”ya 2024-cü ilin yanvarında gəlib.