Belçika millisinin üzvü Premyer Liqa klubunda
Belçika millisinin və “Everton”un dayaq yarımmüdafiəçisi Amadu Onana klubu dəyişir. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, 22 yaşlı futbolçu karyerasını “Aston Villa”da davam etdirəcək. O, tətil başa çatdıqdan sonra tibbi müayinədən keçəcək. Onana “Aston Villa”ya 59,5 milyon avroya başa gələcək.
Amadu Avro-2024-də Belçika yığmasının heyətində 4 oyun keçirib. O, 2022-ci ildən “Everton”da çıxış edir.







