featured-image-43112

Daha bir tanınmış futbolçu karyerasını Türkiyədə davam etdirəcək.

Msport.az xəbər verir ki, Dortmund “Borussiya”sının müdafiəçisi Tomas Menye “Trabzonspor”a keçib.

Qara dəniz təmsilçisi 32 yaşlı sağ cinah müdafiəçisini heyətinə qatdığını rəsmən açıqlayıb. Belçika millisinin üzvü yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Tomas Menye 2020-ci ildən bəri “Borussiya”nın formasını geyinib.

Bənzər xəbərlər