featured-image-21589

Domeniko Tedesko Belçika millisinin baş məşqçi postuna namizədlərdən biridir. Msport.az HLN-ya istinadən xəbər verir ki, “Sparatak”ın sabiq baş məşqçisinə maraq Belçika Futbol Federasiyasının yeni texniki direktoru Frenk Verkauternin adı ilə bağlıdır. Tedeskonun gənc olması, bir neçə dil bilməsi, taktiki məşqlərə üstünlük verməsi ona maraq yaradıb.

Federasiya artıq gələn həftə yığmanın yeni baş məşqçisini təyin etmək istəyir. Tedesko da vakant posta namizədlərdən biri sayılır.

Qeyd edək ki, Almaniya millisinin sabiq çalışdırıcısı Yoahim Lövün Belçika yığmasına rəhbərlik etməyəcəyi məlum olub. Bundan başqa, Andre Villaş-Boaş Belçika komandasında işləməkdən imtina edib. “Tottenhem” və PSJ-nin sabiq baş məşqçisi Maurisio Poçettinonun da Belçikada fəaliyyət göstərməsi ehtimalı azdır.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər