Belçika şəhərləri İsraillə ev oyununu qəbul etmək istəmir
Belçikanın heç bir şəhəri yerli yığma ilə İsrail arasında keçiriləcək Millətlər Liqasının qrup mərhələsinin I tur matçına ev sahibliyi etmək istəmir.
Msport.az HLN-ə istinadən xəbər verir ki, buna səbəb mövcud “siyasi həssaslıq”, həmçinin həddən artıq ciddi təhlükəsizlik tədbirlərinin görülməsi zərurətidir.
Hazırda oyunun başqa ölkədə keçirilməsi üçün UEFA ilə danışıqlar aparılır. Belçika və İsrail yığmaları arasında qarşılaşmanın Macarıstandakı “Panço Arena”da oynanıla biləcəyi iddia olunur.
Xatırladaq ki, Belçika – İsrail oyunu sentyabrın 6-da keçiriləcək.