featured-image-42542

Belçika millisinin və “Antverpen” klubunun futbolçusu Artur Vermeren karyerasını İspaniyada davam etdirəcək.

Msport.az xəbər verir ki, bu barədə ölkə çempionunun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi “Atletiko”ya keçib. Müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Vermeren bu mövsüm bütün turnirlərdə 32 oyun keçirib, 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər