featured-image-40442

Almaniyanın “Leyptsiq” klubunun futbolçusu Lois Openda karyasını İngiltərədə davam etdirə bilər.

Msport.az xəbər verir ki, “Çelsi” 23 yaşlı hücumçu ilə maraqlanır.

Bu barədə jurnalist Ekrem Konur iddia irəli sürüb. Onun sözlərinə görə, London təmsilçisi “Napoli”dən Viktor Osimheni ala bilməsə, bu keçidi dəyərləndirəcək.

Qeyd edək ki, belçikalı Openda bu mövsüm Bundesliqa təmsilçisində 21 oyun keçirib 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər