featured-image-24631

“Tottenhem”in baş məşqçisi Antonio Konte Çempionlar Liqasının 1\8 final mərhələsinin “Milan”la cavab oyunu haqda danışıb.

Msport.az xəbər verir ki, İtaliyada keçirilən ilk matçda “Milan” 1:0 hesabı ilə qalib gəlmişdi:

“Təzyiq? Biz belə oyunlar üçün yaşayırıq. Belə anlar üçün yaşayırıq ki, təzyiq artanda səviyyəniz də qalxır.

Unutmayın ki, ötən mövsüm Konfrans Liqasında çıxış edirdik. Bu il isə Çempionlar Liqasında mübarizə aparırıq. Qrupda qalib olduq, pley-offda isə ilk görüşdə 0:1 uduzmuşuq. Ancaq sabah “Milan”ı məğlub edib növbəti mərhələyə yüksəlmək imkanımız var.

Növbəti mərhələyə keçmək istəyiriksə, “Milan”ı 2 top fərqlə üstələməliyik. Təzyiqin olması normaldır. Belə təzyiq qarşısında oynamağı bacarmalıyıq”.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər