"Belə oyunlarda niyə VAR olmasın?" - Yurgen Klopp
“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Liqa kubokunda VAR-ın olmamasını tənqid edib.
Msport.az “Sky Sports”a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis “Mançester Siti” – “Liverpul” matçında (3:2) hakimlərin fəaliyyətindən narazı qalıb:
“Oyunun əvvəlində Holland oyundan kənar vəziyyətdə idi. Siz görmədiniz? Sizə deyirəm ki, orda ofsayd var idi. Bu, bütün oyuna təsir etdi. Ofsayd olsa da, bayraq havaya qalxmadı.
Hakimlər VAR-a öyrəşiblər və birdən siz onlara deyirsiniz ki, “yox, bu gün yoxdur”. Bir neçə epizod oldu ki, onlar elə bildilər ki, VAR mövcuddur.
Oyundan kənar vəziyyətləri bütün stadion bunu gördü. Lakin biz bunu bilməyəcəyik, çünki təkrarı görməyəcəyik.
Bütün yarışlarda VAR tətbiq olunur, Premyer Liqada var, niyə belə oyunlarda olmasın? Başa düşürəm ki, kubokda heç də bütün görüşlərdə reallaşdırmaq mümkün deyil, Lakin “Mançester Siti” -“Liverpul” səviyyəli matçlarda texniki şərait VAR-ın tətbiqinə imkan verir. Niyə də istifadə olunmasın”?







