featured-image-37079

“Sabah” Əlcəzair millisinin hücumçusu İshak Belfodili transfer edib.

Msport.az-ın əldə etdiyi məlumata görə, futbolçu 2 il müddətinə Bakı klubunun şərəfini qoruyacaq.

31 yaşlı forvardla müqavilə yaxın vaxtlarda imzalanacaq.

Qeyd edək ki, “İnter”in (İtaliya) keçmiş üzvü son olaraq Qətərin “Əl-Qarafa” komandasının formasını geyinib.

Bənzər xəbərlər