featured-image-24986

Türkiyə Super Liqasının 25-ci turu çərçivəsində “Trabzonspor” – “Adana Demirspor”u qəbul edir. Msport.az xəbər verir ki, qonaqlar matçın 22-ci dəqiqəsində azlıqda qalıblar.

Meydan sahiblərinin futbolçusu Bruno Pereslə Yunus Belhanda arasında münaqişə yaranıb. Əvvəlcə baş hakim Abdulkadir Bitigen hər iki oyunçuya sarı vərəqə göstərsə də, VAR-ın müdaxiləsindən sonra Belhandanı qırmızı ilə cəzalandırıb.

Mərakeşli vinger Türkiyəyə gəldiyi 2017-2018-ci illər mövsümündən bu yana Super Liqada ən çox qırmızı vərəqə görən futbolçudur. O, indiyə qədər 6 dəfə meydandan qovulub.

Qeyd edək ki,  “Trabzonspor” – “Adana Demirspor” görüşündə 1-ci hissədən sonra hesab bərabərdir – 1:1.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər