featured-image-44630

“Real”ın futbolçusu Cud Bellingem 2 oyunluq cəzalandırılıb.

Msport.az xəbər verir ki, buna ingiltərəli yarımmüdafiəçinin La Liqanın son turunda “Valensiya” ilə matçda baş hakimlə mübahisəyə görə qırmızı vərəqə alması səbəb olub.

2:2 hesabı ilə başa çatan görüşə əlavə olunmuş sonuncu dəqiqədə Bellingem başla fərqlənərək hesabı komandasının xeyrinə dəyişsə də, referi top havada olarkən görüşü başa çatdırmış və qolu qeydə almamışdı.

Məhz bundan sonra futbolçu baş hakimə kəskin şəkildə etiraz etdiyi üçün qırmızı vərəqə görmüşdü.

Bənzər xəbərlər