Bellingemi gözləyən ağır cəza
“Real”ın yarımmüdafiəçisi Cud Bellingem uzunmüddətli cəza ilə üzləşə bilər.
Msport.az xəbər verir ki, buna səbəb ingiltərəli futbolçunun La Liqanın XXIV turunda “Osasuna” ilə oyunda qırmızı vərəqə almasıdır.
21 yaşlı orta sahə oyunçusu qarşılaşmanın 39-cu dəqiqəsində baş hakim Xose Munueranı təhqir etdiyi üçün meydandan qovulub. İspaniya Kral Futbol Federasiyasının nizam-intizam məcəlləsinə əsasən, hakimi təhqir edən futbolçu 4-12 oyun müddətinə diskvalifikasiya oluna bilər. Əgər pozuntu hörmətsiz davranış kimi qəbul edilsə, cəza yüngül olacaq.
Qeyd edək ki, “Osasuna” – “Real” oyunu 1:1 hesablı heç-heçə yekunlaşıb.