Bellingemi qovan hakimin evinə hücum - Ailə üzvləri xəsarət aldı
“Real Madrid” azarkeşləri Cud Bellingemi meydandan qovan hakimin evinə hücum ediblər.
Msport.az xəbər verir ki, bu barədə referi Xose Montero sosial şəbəkədə yazıb. O, aidiyyatı qurumlardan kömək istəyib. Bildirib ki, naməlum şəxslər qapını sındıraraq ailəsini təhqir ediblər.
Baş hakimin qardaşları, bacıları və 80 yaşlı atası xəsarət alıb. Cinayətkarlar ondan üzr istəməyi tələb ediblər.
Hakim onlayn təqiblərə də məruz qalıb. İspan onun haqqında yalan məlumat yayan hər kəsi məhkəməyə verəcəyini bildirib.