Bellinqem 3 ay “Real”dan uzaq qalacaq
Cud Bellinqem klublararası dünya çempionatından sonra çiynindən əməliyyat olunacaq.
Msport.az xəbər verir ki, “Real”ın və İngiltərə millisinin yarımmüdafiəçisi 2023-cü ilin noyabrından bəri çiyin zədəsindən əziyyət çəkir və oyunlara bandajla çıxır.
Madrid klubunun planına görə, əməliyyat 15 iyun – 13 iyul tarixlərində ABŞ-da keçiriləcək turnirdən sonra baş tutacaq. “Real” H qrupunda “Əl-Hilal”, “Paçuka” və “Zalsburq”la qarşılaşacaq.
Bellinqem təxminən 12 həftə, yəni 3 ay yaşıl meydanlardan uzaq qala bilər. Bu səbəbdən onun 2025-26 La Liqa mövsümünün əvvəlində komandaya qoşulması gözlənilmir. Əməliyyatın bu mövsüm Ferlan Mendi, Antonio Rüdiger və Eder Militaonun da istifadə etdiyi eyni klinikada aparılması planlaşdırılır.
Qeyd edək ki, 21 yaşlı ingiltərəli futbolçu cari mövsüm La Liqada 31 oyunda iştirak edib, 9 qol vurub, 8 məhsuldar ötürmə verib.