Bellinqem Bundesliqanın ən yaxşı futbolçusu seçildi - FOTO
Cud Bellinqem Almaniya Bundesliqasında 2022-2023-cü illər mövsümünün ən yaxşı futbolçusu sayılıb. Msport.az xəbər verir ki, Bundesliqanın rəsmi saytı bu barədə məlumat yayıb.
19 yaşlı futbolçu bu mövsüm “Borussiya”nın heyətində çempionatda 31 oyunda meydana çıxb. O, 8 qol vurub və 5 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Dortmund klubu “Bayern”lə eyni miqdarda xal toplasa da, əlavə göstəricilərə görə, çempion ola bilməyib və 2-ci yeri tutub.
KİV-in yazdığına görə, Bellinqem komanda yoldaşları ilə vidalaşıb. Gələn həftə onun “Real”a transferi baş tutmalıdır. İngiltərəli yarımmüdafiəçi 2021-ci ildə Almaniya kubokunu qazanıb.

ANAR







